www.science.az
12.06.2018 12:41

Rusiyalı alimlər Fizika İnstitutunda olublar

Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Nüvə Fizikası Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Vladislav Osedlo və professor Sergey Svertilov AMEA-nın Fizika İnstitutunda (Fİ) olublar.  

İnstitutun direktoru, akademik Nazim Məmmədovla görüşdə V.Osedlo çıxış edərək səfərlərinin məqsədinin Fİ-nin fəaliyyəti ilə tanışlıq və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək olduğunu deyib.

N.Məmmədov öz növbəsində rusiyalı alimlərlə əməkdaşlığın mümkünlüyünü vurğulayıb.

Sonra çıxış edən S.Svertilov Nüvə Fizikası Elmi Tədqiqat İnstitutu və Milli Aviasiya Akademiyasının “Universat-Sokrat” layihəsi haqqında məlumat verib.

Sonda qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.