Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Məktəblilər Yüksək Texnologiyalar Parkının istehsal sahələri ilə tanış olublar
11.06.2018 12:15
  • A-
  • A
  • A+

Məktəblilər Yüksək Texnologiyalar Parkının istehsal sahələri ilə tanış olublar

Xəzər Universitetinin “DÜNYA” məktəbinin şagirdləri AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olublar.

AMEA YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayevlə görüşdə qonaqlara ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində görülən işlər və elm, təhsil, biznes əməkdaşlığı haqqında məlumat verilib.

Sonra YT Parkın rezidenti olan "Agro BioEchoTech" MMC-nin direktoru Əlibala Əlizadə çıxış edərək şagirdlərə tövsiyələr verib.

Daha sonra YT Parkın hüquqşünası Fikrət Qayıbov təmsil etdiyi qurumun yaranması haqqında məlumat verib, rezidentliyə qəbul məsələləri, ideyaların texnologiyaya transferi və biznes inkubasiya mərkəzlərində keçdiyi inkişaf mexanizmi barədə danışıb.

Sonda şagirdlər YT Parkın rezidentləri "AMEA Təcrübə-Sənaye Zavodu" MMC və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələri, eləcə də pilotsuz uçan aparatlar və radio ekoloji monitorinq sistemi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: