Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb
05.06.2018 17:22
  • A-
  • A
  • A+

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi tərəfindən 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.

İmtahana qatılan bakalavrlar https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=15 keçidindən istifadə edərək nəticələr və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Həmçinin imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənmək mümkündür.

İmtahanda 8 min 151 bakalavr iştirak edib. 

Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 8-dan 18-dək İnternet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini təsdiqləyən bakalavrlar buraxılacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: