www.science.az
05.06.2018 15:25

İqtisadiyyat İnstitutu gənc tədqiqatçılar arasında elmi məqalə müsabiqəsi keçirir

AMEA-nın İqtisadiyyat İnstitutu ölkənin müxtəlif elmi-tədqiqat müəssisələrində və ali məkəblərində çalışan gənc iqtisadçı tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə elmi məqalə müsabiqəsi keçirir.

Müsabiqə İqtisadiyyat İnstitutunun 60 illik yubileyi çərçivəsində təşkil olunur.

Müsabiqənin keçirilməsi üçün institut tərəfindən komissiya yaradılıb və məqalələrin qəbulu ilə bağlı son tarix 30 sentyabr 2018-ci il müəyyən edilib. Sonda qaliblərə fəxri diplom və pul mükafatları təqdim olunacaq:

- 1-ci yer (bir mükafat) – I dərəcəli diplom və 1500 manat;

- 2-ci yer (iki mükafat) – II dərəcəli diplom və 1000 manat;

- 3-cü yer (üç mükafat) – III dərəcəli diplom və 500 manat.

Müsabiqə 35 yaşına qədər tədqiqatçıların son 2 ildə elmi məcmuələrdə dərc edilmiş, iqtisadiyyatın müxtəlif sahələrini əks etdirən məqalələri üzrə keçirilir. Məqalələr Azərbaycan, ingilis və rus dillərində, bir və ya bir neçə müəllif tərəfindən (o cümlədən xarici həmkarlarla birlikdə) yazıla bilər. Eyni müəllif, yaxud həmmüəlliflər tərəfindən müsabiqəyə yalnız bir iş təqdim edilə bilər. Tezis şəklində çap olunmuş elmi işlər müsabiqədə iştirak edə bilməz.

Ünvan: Bakı şəh., H.Cavid prosp., 115.

Tel.: (+994 12) 537 22 78; 539 31 12; 537 22 59.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.