Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanda aqroemal sahəsinin müasir vəziyyəti və inkişaf perspektivlərindən bəhs edən yeni nəşr
05.06.2018 10:30
  • A-
  • A
  • A+

Azərbaycanda aqroemal sahəsinin müasir vəziyyəti və inkişaf perspektivlərindən bəhs edən yeni nəşr

AMEA İqtisadiyyat İnstitutunun Aqrar islahatlar və ərzaq təhlükəsizliyi problemləri şöbəsinin böyük elmi işçisi, i.f.d. Yunus Sadıqovun “Azərbaycanda aqroemal sahəsinin müasir vəziyyəti və inkişaf perspektivləri” adlı kitabı çapdan çıxıb. Nəşrin elmi redaktoru professor İsa Alıyev, rəyçiləri i.e.d. A.Vəliyev, iqtisad üzrə fəlsəfə doktorları İlkin Soltanlı və V.Kərimlidir.

Kitabda aqroemal sahəsində baş verən proseslər, potensial imkanlar və mövcud vəziyyət təhlil edilib. Əsərdə aqroemal sahəsində məhsulların hər biri məhsul qrupu üzrə ayrıca xarakterizə edilib, onların perspektiv inkişafı üçün konkret təklif və tövsiyyələr verilib. Tədqiqat işində Azərbaycan Respublikasının Dövlət Statistika, Dövlət Gömrük komitələrinin statistik bazalarından və Kənd Təsərrüfatı Nazirliyinin məlumat mənbələrindən istifadə olunub. 

Monoqrafiyadan aqrar sahənin rəhbər işçiləri, tədqiqatçılar, mütəxəssislər və bu sahənin biznesi ilə maraqlanan investorlar istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: