www.science.az
04.06.2018 13:56

Türkiyəli professor Botanika İnstitutunda bitki müxtəlifliyi üzrə aparılan tədqiqatlarla tanış olub

Türkiyənin Ege Universitetinin Botanika departamentinin nümayəndəsi, professor Münir Öztürk AMEA-nın Botanika İnstitutunun qonağı olub.

İnstitutun direktoru, akademik Validə Əlizadə, Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.ü.e.d. Naibə Mehtiyeva və Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimovun iştirakı ilə keçən görüşdə Botanika İnstitutunun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri barədə qonağa məlumat verilib, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bitki müxtəlifliyi üzrə aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olan M.Öztürk əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərək, qarşılıqlı kadr və təcrübə mübadiləsi imkanlarının olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.