www.science.az
25.04.2014 00:00

“Azərbaycan arxeologiya və etnoqrafiya elmlərinin inkişafında Naxçıvan məktəbinin rolu” mövzusunda elmi konfrans keçiriləcək

Aprelin 28-də saat 10:00-da AMEA-nın Əsas binasında Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyinə həsr edilmiş “Azərbaycan arxeologiya və etnoqrafiya elmlərinin inkişafında Naxçıvan məktəbinin rolu” mövzusunda elmi konfrans keçiriləcək.

Məqsəd Naxçıvan Muxtar Respublikası ərazisində aşkar edilmiş tarixi abidələrin, Naxçıvan arxeologiya və etnoqrafiya məktəbinin əldə etdiyi nailiyyətlərin, həmçinin, Azərbaycan arxeoloq və etnoqraflarının apardıqları tədqiqatların mahiyyətinin və milli arxeologiya və etnoqrafiyanın qarşısında duran yeni tədqiqat istiqamətlərinin göstərilməsidir.

Qeyd edək ki, konfransın materialları tezislər toplusu şəklində dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.