Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Funksional analizin əsasları” kitabı ikinci dəfə Moskvada çapdan çıxıb
31.05.2018 09:24
  • A-
  • A
  • A+

“Funksional analizin əsasları” kitabı ikinci dəfə Moskvada çapdan çıxıb

Görkəmli riyaziyyatçı alim, akademik Zahid Xəlilovun “Funksional analizin əsasları” kitabı AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi şurasının qərarı ilə ikinci dəfə Moskva şəhərində çapdan çıxıb.

Kitab ilk dəfə 1949-cu ildə rus dilində Azərbaycan Dövlət Universitetinin (BDU) nəşriyyatında çap olunub. Monoqrafiya keçmiş SSRİ dövründə funksional analiz sahəsində nəşr olunmuş ilk kitabdır.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, professor Məmməd Bayramoğlu nəşrə ön söz yazıblar.

Professorlar Misir Mərdanov, Ramiz Aslanov və Araz Əliyevin həmmüəllifi olduqları “Zahid Xəlilovun riyaziyyat elminin inkişafında rolu” adlı məqalə də kitabda yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: