Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Professor Gövhər Baxşəliyeva” kitabı nəşr edilmişdir
05.11.2013 00:00
  • A-
  • A
  • A+

“Professor Gövhər Baxşəliyeva” kitabı nəşr edilmişdir

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevanın elmi, təşkilati, həm də ictimai fəaliyyətini əks etdirən “Professor Gövhər Baxşəliyeva” kitabı nəşr edilmişdir.

Azərbaycan Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun yeni işıq üzü görmüş bu kitabında Gövhər Baxşəliyevanın elmi əsərləri, məqalələri, nüfuzlu beynəlxalq konfranslarda iştirakı haqqında ətraflı məlumat verilir, onun AMEA Şərqşünaslıq İnstitutuna rəhbərliyində elm təşkilatçısı kimi fəaliyyəti, şərqşünas kadrların hazırlanmasında rolu hərtərəfli əks olunur. Eyni zamanda, Gövhər Baxşəliyevanın Milli Məclisin deputatı, parlamentin Elm və Təhsil məsələləri üzrə daimi komitəsinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəri kimi fəaliyyətindən bəhs edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: