www.science.az
30.05.2018 11:56

Bu gün "Elm və İnnovasiya" proqramının növbəti buraxılışı yayımlanacaq

30 may 2018-ci il tarixində saat 22:00-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.

Verilişdə Azərbaycanda fiziologiya sahəsində aparılan elmi tədqiqatlar, əldə olunmuş nailiyyətlər və perspektivlərə dair fikir mübadiləsi aparılacaq. Proqramın qonağı AMEA-nın Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Həşimovadır .

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.