Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Dilçilik İnstitutunda türkiyəli professorla görüş keçirilib
29.05.2018 08:13
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda türkiyəli professorla görüş keçirilib

AMEA Nəsimi adına Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalınla görüş keçirilib.

Görüşdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə münasibətlərinin daim yüksələn xətt üzrə inkişaf etdiyini nəzərə çatdırıb. O, Şükrü Haluk Akalının müasir türkologiyanın əsas simalarından biri olduğunu vurğulayıb. Bildirib ki, Şükrü Haluk Akalın Azərbaycan dilinə, dilçilik elminə sevgisi olan ziyalılardandır. O, Azərbaycanın mənafeyini, mövqeyini müdafiə edən şəxsiyyətlərdən biridir.

Sonra çıxış edən Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Şükrü Haluk Akalının Azərbaycan dilində səlis danışmağı onun dilimizə olan sevgisindən irəli gəlir. Yaxın gələcəkdə Haluk bəy Nəsimi adına Dilçilik İnstitutunun fəxri doktoru adına da layiq görüləcək.

Görüşdə türkiyəli professor elektron sözlüklərlə bağlı məruzə ilə çıxış edib. Bildirib ki, Türkiyə türkcəsində elektron sözlüklərdən 1990-cı illərdən istifadə olunmağa başlanıb. O, həmçinin 12 cildlik “Türkiyə türkcəsinin dialektoloji lüğət”inin əhəmiyyətindən də bəhs edib.

Çıxış edənlər Azərbaycan-Türkiyə elmi və ədəbi əməkdaşlığından danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: