www.science.az
25.05.2018 09:18

Nəzəri fizika üzrə Pomerançuk mükafatı laureatlarının adları açıqlanıb

Hər il iki fizik-nəzəriyyəçiyə təqdim olunan İsaak Pomerançuk mükafatı laureatlarının adları açıqlanıb.

Bu il mükafata İtaliyanın Sapiyensa Universitetinin professoru Corcio Parizi və Rusiya Elmlər Akademiyasının Fizika Problemləri İnstitutunun professoru Lev Pitayevskiy layiq görülüblər.

Sözügedən mükafat professor C.Pariziyə kvant sahə nəzəriyyəsi, statistik mexanika və elementar zərrəciklər nəzəriyyəsi sahəsində əldə etdiyi elmi əhəmiyyətli nəticələrə, professor L.Pitayevskiyə isə alçaqtemperaturlu fizika, plazma fizikası, kondensə olunmuş hal fizikası da daxil olmaqla, müasir nəzəri fizika sahəsinə verdiyi töhfələrə görə təqdim olunub.

Qeyd edək ki, Pomerançuk mükafatı 1999-cü ildə görkəmli fizik-alim İsaak Yakovleviç Pomerançukun anadan olmasının 85 illiyi münasibətiylə təsis edilib. Ənənəvi olaraq mükafat hər il bir rus və bir xarici fizik-nəzəriyyəçiyə təqdim olunur.

www.news.rambler.ru