www.science.az
24.05.2018 11:51

Azərbaycanın kimya sənayesində sahibkarlıq mühitinin formalaşmasına dair kitab işıq üzü görüb

AMEA-nın İqtisadiyyat İnstitutunun Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin və Yazar Bayramın həmmüəllifi olduğu “Azərbaycanın kimya sənayesində sahibkarlıq mühitinin formalaşması və davamlı inkişafının başlıca istiqamətləri” adlı monoqrafiya çapdan çıxıb.

Kitabın elmi redaktoru i.e.d., professor Arif Şəkərəliyev, rəyçiləri - i.e.d. Ş.Əliyev və i.f.d., dosent Əbdül-Səməd Həsənovdur.

Monoqrafiyada sahibkarlığın davamlı inkişafının nəzəri-metodoloji və praktiki məsələləri - davamlı inkişafın mahiyyəti və konsepsiyası üzrə baxışlar, sahibkar firmaların xarakterik xüsusiyyətləri və onların davamlı inkişafa zəmanət verən başlıca istiqamətləri, sahibkarlıq subyektlərinin innovativ inkişaf konsepsiyası, onun həyata keçirilməsi mexanizmi və inkişaf modeli şərh edilir. Bundan əlavə, ölkənin kimya sənayesi kompleksində sahibkarlıq mühitinin formalaşmasının mövcud vəziyyəti çoxillik statistik, ilkin uçot və hesabat sənədlərinin məlumatları əsasında təhlil edilib qiymətləndirilib, çoxsaylı ehtiyat imkanları aşkar edilib, onlardan səmərəli istifadə yolları göstərilib.

Vəsait kimya sənayesi müəssisələrinin mütəxəssisləri, layihə menecerləri, magistranlar və doktorantlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.