Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiya nəşr olunub
23.05.2018 12:47
  • A-
  • A
  • A+

“Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiya nəşr olunub

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin müəllifi olduğu “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiya nəşr olunub.

Monoqrafiyada Azərbaycanın qədim və orta əsrlər dövründəki dövlətlərlə münasibət və əlaqələri, Naxçıvan xanlığının Rusiya imperiyası tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki vəziyyəti, Naxçıvanın muxtariyyətləşdirilməsi, onun Azərbaycanın dövlət müstəqilliyinin yenidən əldə edilməsi uğurundakı mübarizəsi, eyni zamanda, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının Azərbaycan dövlətçiliyindəki yeri və digər mövzular tədqiqata cəlb edilib.

“Elm” nəşriyyatında çap olunan kitab giriş, səkkiz fəsil, nəticə, biblioqrafiya və əlavələrdən ibarətdir.

AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərlinin və Vəli Baxşəliyevin rəyi, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin elmi redaktorluğu ilə işıq üzü görən monoqrafiya Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində yeri və mövqeyindən bəhs edən ilk sistemli tədqiqat əsərdir.

Fundamental əsərdə Azərbaycan, türk, rus və ingilis dillərində 529 ədəbiyyat və İnternet materiallarından istifadə olunub.

“Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiya tarixçi və tədqiqatçılar, ictimai elm nümayəndələri, eləcə də Azərbaycanın dövlətçilik tarixi ilə maraqlananlar üçün dəyərli vəsaitdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: