Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

23.05.2018 09:25
  • A-
  • A
  • A+

“Böyük çölün mirası: zərgərlik sənətinin şah əsərləri” adlı sərginın açılışı olub

“Böyük çölün mirası: zərgərlik sənətinin şah əsərləri” adlı sərginın açılışı olub

Mayın 22-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Qızıl adamın dünya muzeylərinə səyahəti” beynəlxalq sərgi layihəsi çərçivəsində “Böyük çölün mirası: zərgərlik sənətinin şah əsərləri” adlı sərginın açılışı olub.

Açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı ölkələrimiz arasındakı elmi, mədəni əlaqələrin əhəmiyyətindən danışıb, təşkil olunan sərgi ilə bağlı fikirlərini bildirib.

Sonra Qazaxıstan Respublikası Milli Muzeyi direktorunun müavini Abay Satubaldin təmsil etdiyi qurumun fəaliyyəti, nadir eksponatları, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

Tədbirdə akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, qazaxıstanlı professor Zeynolla Samaşev və başqaları çıxış edərək elmi əlaqələrin genişləndirilməsinin önəmini vurğulayıblar.

Eyni zamanda, “Qızıl adamın dünya muzeylərinə səyahəti” beynəlxalq sərgi layihəsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra tədbir iştirakçıları sərgi il tanış olublar.

Sərgidə ilk dəfə Azərbaycana gətirilmiş Qazaxıstan zərgərlik sənətinin 140-dək nümunəsi, o cümlədən “Qızıl adam”ın tam geyimi nümayiş etdirilir.

Məşhur “Qızıl adam” Qazaxıstanın tarixi rəmzlərindən biri olub, qızıldan hazırlanan paltar geymiş sak döyüşçüsünün simvoludur.

İyulun 1-dək davam edəcək sərgidə Qazaxıstan Respublikasının Milli Muzeyində saxlanılan gümüş qadın bəzəklərinin kolleksiyası da təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: