Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanda rəqabətqabiliyyətli turizmin formalaşması” adlı monoqrafiya çap olunub
22.05.2018 13:43
  • A-
  • A
  • A+

“Azərbaycanda rəqabətqabiliyyətli turizmin formalaşması” adlı monoqrafiya çap olunub

AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyevanın “Azərbaycanda rəqabətqabiliyyətli turizmin formalaşması” adlı monoqrafiyası rus dilində çapdan çıxıb.
Nəşrin elmi redaktoru professor Gülşən Yüzbaşıyeva, rəyçiləri i.ü.f.d., dos. Aqil Əsədov və i.ü.f.d. Aqil Eyvazovdur.

Kitab Azərbaycanın turizm sahəsinin mövcud vəziyyətinin tədqiqi və ölkədə rəqabətqabiliyyətli turizmin formalaşması imkanlarının aşkar edilməsinə həsr olunub. Turizmin rəqabətqabiliyyətliliyi indeksi ilə adambaşına ümumi daxili məhsul arasında korrelyasiya təhlilinin aparılması turizm sahəsinin inkişafı ilə ölkənin iqtisadi inkişafı arasında əlaqənin mövcudluğunu göstərib. Bununla yanaşı, xarici ticarətin dövlət tənzimlənməsi dərəcəsi ilə müxtəlif dünya ölkələrinin bir neçə turizm göstəriciləri arasında əlaqənin təhlili xarici ticarətin liberallaşmasının turizmin inkişafına təsiri barədə bəzi mülahizələr irəli sürməyə imkan verib. 

Yeni nəşr iqtisadçılar və turizm fəaliyyəti ilə maraqlananlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: