www.science.az
22.05.2018 11:20

Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan dövlət xadimləri haqqında monoqrafiya

AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun elmi katibi Mətanət Əliyevanın, İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Ayaz Hüseynovun və Gəncə Bölməsinin baş mütəxəssisi Elnur Həsənovun tərtibatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan Dövlət Xadimləri” adlı monoqrafiya nəşr olunub.

Nəşrdə Müsəlman Şərqində və Türk dünyasında yaranmış ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasını təmsil edən görkəmli dövlət xadimlərini yetişdirən mühitin ictimai-siyasi və sosial-iqtisadi əsasları tədqiq edilib. İlk dəfə olaraq bu görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətləri sistemli şəkildə araşdırılıb.

Kitabda çoxsaylı ədəbiyyatlardan, arxiv sənədləri və tarixi mənbələrdən istifadə olunub.

Monoqrafiya Vətən tarixi ilə bağlı araşdırmalar aparan tədqiqatçılar, alimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.