İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Communications” jurnalının “Fizika Elmləri və Mühəndislik” seriyasının redaktoru seçilib. Jurnal Ankara Universitetinin Elmlər fakültəsi tərəfindən nəşr olunur.
Qeyd edək ki, 1948-ci ildən nəşr olunan, “TUBITAK-Ulakbim” və “JournalSeek” tərəfindən indeksləşən jurnalda fizika, mühəndislik fizikası, elektronika və kompüter mühəndisliyi, astronomiya və geofizika sahələrini əhatə edən məqalələr nəşr olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.