www.science.az
18.05.2018 11:39

Azərbaycan Respublikasının dövlət təhlükəsizliyində sosial siyasətin yeri və rolundan bəhs edən monoqrafiya

Bu günlərdə siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin “Azərbaycan Respublikasının dövlət təhlükəsizliyində sosial siyasətin yeri və rolu” adlı monoqrafiyası çapdan çıxıb.

Kitabın elmi redaktoru, professor Hadı Rəcəbli, rəyçiləri isə professorlar Əli Əhmədov, İzzət Rüstəmov və Hicran Hüseynovadır.

Monoqrafiyada sosial siyasət dövlətin başlıca istiqamətlərindən biri kimi təhlil edilir, onun tarixi inkişafı, vəzifələri, reallaşma mexanizmləri və sosial sabitlik anlayışı açıqlanır.

Üç fəsildən ibarət olan monoqrafiyada müstəqillik dövründə Azərbaycanın sosial siyasəti, milli rifah səviyyəsinin inkişaf problemləri, Azərbaycan vətəndaşlarının sosial vəziyyətinin əsas xüsusiyyətləri, milli təhlükəsizliyin təmin olunmasında sosial siyasətin rolu və digər vacib istiqamətlərə geniş yer verilib. 

Yeni nəşr tədqiqatçı, doktorant, müəllim və tələbələr, eyni zamanda, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.