www.science.az
23.04.2014 00:00

AMEA-nın illik ümumi yığıncağında Hüseyn Cavidin Ev Muzeyinin fəaliyyəti yüksək qiymətləndirilib

AMEA-nın illik ümumi yığıncağında təşkil olunmuş sərgidə AMEA Hüseyn Cavidin Ev Muzeyi də iştirak edib. Sərgidə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA prezidenti, akademik Akif Əlizadə, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Fatma Abdullazadə, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının nümayəndələri muzeyin fəaliyyətini əks etdirən stendlə yaxından tanış olublar.

Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı sərgi haqqında qonaqlara ətraflı məlumat verib. Bildirib ki, ümumi yığıncaq üçün təşkil edilmiş “Elmi nailiyyətlər” sərgisində muzeyin il ərzində nəşr edilmiş kitabları, H.Cavidin “Şeyda” əsəri H.Cavidin Ev Muzeyinin və Bakı Slavyan Universitetinin birgə layihəsi ilə 10 dildə nəşr edilmişdir, “Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy, Hüseyn Cavid” Beynəlxalq konfransın materialları, Timuçin Әfәndiyev. “Hüseyn Cavid: ideal həqiqət axtarışı” adlı monoqrafiya, muzey əməkdaşlarının məqalələri, muzeyin ekspozisiyasına daxil edilmiş bəzi eksponatlar nümayiş etdirilir.

Sərgidə muzeyin 2013-cü ildəki fəaliyyətini əks etdirən slaydda Hüseyn Cavidin Ev Muzeyinin 2013-cü ildəki nəşrləri, muzey əməkdaşlarının 2013-cü il ərzində dövrü mətbuatda çap edilmiş məqalələri, muzeyin ekspozisiyasından görüntülər, muzeyin keçirdiyi tədbirlərdən fotolar, muzeyin yerli və xarici qonaqları, beynəlxalq konfranslarda məruzələr, H.Cavidin Ev Muzeyinin AMEA Humanitar və İctimai Elmlər Bölməsi ilə əlaqələrini əks etdirən fotolar nümayiş etdirilib.

Hüseyn Cavidin Ev Muzeyinin 2013-cü ildəki fəaliyyətinə yüksək qiymət verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.