www.science.az
23.04.2014 00:00

“Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcək

4-5 iyun 2014-cü il tarixlərdə AMEA Memarlıq və İncəsənət İnstitutunda “Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.

Konfransda Azərbaycanın teatr, kino, televiziya və radio məkanında, həmçinin İnternet şəbəkəsində mövcud vəziyyət və problemlər, onların inteqrasiyası, cəmiyyətə təsiri, perspektivləri müzakirə olunacaq.

İştirakla bağlı məlumat və məruzənin tezisləri 15 may 2014-cü il tarixinədək vidadi-qafarov@rambler.ru ünvana göndərilməlidir.

Qeyd edək ki, qəbul edilmiş məruzələr institutun “İncəsənət və mədəniyyət problemləri” beynəlxalq elmi jurnalında dərc olunacaq.

Ətraflı məlumatı institutun www.mii.az saytından əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.