Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Yerin süni peyklərinə həsr olunan "İnteraktiv açıq dərs" keçirilib
15.05.2018 16:24
  • A-
  • A
  • A+

Yerin süni peyklərinə həsr olunan "İnteraktiv açıq dərs" keçirilib

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Yerin süni peyklərinə həsr olunan "İnteraktiv açıq dərs" keçirilib.

Bölmənin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyevin apardığı dərsdə şagirdlərə Yerin süni peykləri haqqında məlumat verilib, peyklərin Yerin orbitinə çıxarılması və geosentrik orbitdə hərəkəti geniş şərh edilib. Bildirilib ki, pilotlu və sərbəst uçan kosmik aparatlar olan süni peyk Yerin ətrafında dolanaraq bir sıra elmi, texniki və digər funksiyaları yerinə yetirir.

Yerin ilk süni peykinin 1957-ci ildə keçmiş SSRİ-də səmaya buraxıldığını xatırladan alim peyklərin informasiyaların əldə edilməsi və ötürülməsindəki roluna da toxunub. Qulu Həziyev, həmçinin astronomik, meteoroloji, bioloji, geodezi, pilotlu, kəşfiyyat peykləri və kosmik stansiyalarla bağlı ətraflı məlumat verib.

Dərsdə videogörüntü vasitəsi ilə Yerin süni peyklərinin buraxılması və orbitdəki hərəkətləri şagirdlərin diqqətinə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: