Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
10.05.2018 17:15
  • A-
  • A
  • A+

“Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

23 may 2018-ci il tarixində saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə gerçəkləşəcək tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

İki gün davam edəcək konfransda Qafqaz ölkələrinin xarici siyasəti və qarşılıqlı münasibətləri, Qafqazda geosiyasi şərait, Qafqaz regionunda baş verən siyasi, sosial-iqtisadi və digər problemlər, Qafqazda münaqişələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqələri bölmələri üzrə müzakirələr keçiriləcək.

Ünvan:  Bakı ş., H.Cavid pr. 117.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: