www.science.az
22.04.2014 00:00

AMEA Gənc alim və mütəxəssislər şurasının sədri Rusiyaya səfər edəcək

AMEA Gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov və Şuranın sədr müavini, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev Rusiyaya səfər edəcəklər. Məqsəd aprelin 24-də “Davamlı inkişaf şəraitində təhsilin orientasiyası üçün müasir gəncliyin rolu” mövzusunda elmi-praktiki konfransda iştirak etməkdir.

2 gün davam edəcək tədbirdə Şuranın elmi-ictimai fəaliyyəti və perspektivləri, beynəlxalq əlaqələrin qurulması, birgə tədbirlərin təşkili və s. məsələlər müzakirə ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.