Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Zoologiya İnstitutu ziyanvericilərə qarşı mübarizə üsullarını araşdırır
10.05.2018 14:07
  • A-
  • A
  • A+

Zoologiya İnstitutu ziyanvericilərə qarşı mübarizə üsullarını araşdırır

AMEA-nın Zoologiya İnstitutunun Tətbiqi zoologiya mərkəzinin əməkdaşları Ağsu Təcrübə Dayaq Məntəqəsindəki istixanalarda yetişdirilən tərəvəz bitkilərinin ziyanvericiləri və onların entomofaqları üzərində tədqiqatlar aparırlar.

Məqsəd istixana şəraitində yetişdirilən bostan bitkilərinin ziyanvericilərinə qarşı mübarizədə kimyəvi üsulları minimuma endirmək, ekoloji təmiz məhsul almaq üçün bioloji resurslardan maksimum istifadə etməkdir.

Hazırda mərkəzin əməkdaşları tərəfindən parnik şəraitində ekoloji təmiz məhsulun yetişdirilməsi üçün bioloji mübarizə metodları işlənib hazırlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: