Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın ümumi yığıncağında Arxeologiya və Etnoqrafiya İnstitutunun fəaliyyəti yüksək qiymətləndirilib

AMEA-nın ümumi yığıncağında Arxeologiya və Etnoqrafiya İnstitutunun fəaliyyəti yüksək qiymətləndirilib

Aprelin 18-də AMEA-nın illik ümumi yığıncağında akademiyanın institut və təşkilatlarının fəaliyyətlərini əks etdirən sərgi təşkil edilib. Arxeologiya və Etnoqrafiya İnstitutunun sərgidə nümayiş etdirdiyi eksponatlar, institutun arxeoloji və etnoqrafik tədqiqatlarının son nəticələri barədə hesabatların əks olunduğu jurnallar, monoqrafiyalar və toplular qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Sərgidə AR Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA prezidenti, akademik Akif Əlizadə, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Fatma Abdullazadə, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatların nümayəndələri Arxeologiya və Etnoqrafiya İnstitutunun fəaliyyətini əks etdirən stendlə yaxından tanış olublar.

İnstitutun fəaliyyəti haqqında məlumat verən direktor, tarix üzrə elmlər doktoru Maisə Rəhimova qabaqcıl dünya ölkələrinin elmi dairələri tərəfindən də yüksək qiymətləndirilmiş Azərbaycan arxeologiyasının son illərdə əldə etdiyi uğurlar barədə qonaqları məlumatlandırıb. Sərgidə həmçinin, institutun elmi-tədqiqat fəaliyyətini, Azərbaycan arxeoloqları və etnoqraflarının tədqiqatlarını, beynəlxalq elmi tədbirləri əks etdirən videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: