www.science.az
22.04.2014 00:00

AMEA Aşqarlar Kimyası İnstitutunun əldə etdiyi mühüm elmi nəticələr nümayiş etdirilib

AMEA-nın illik ümumi yığıncağında təşkil olunmuş sərgidə iştirakçılara akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun fəaliyyəti haqqında ətraflı məlumat verib. AMEA institut və təşkilatlarının fəaliyyətini əks etdirən sərgidə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Təhsil naziri Mikayıl Cabbarov, AMEA prezidenti, akademik Akif Əlizadə və onları müşayiət edən digər qonaqlar akad. Aşqarlar Kimyası İnstitutunun fəaliyyətini əks etdirən stendlə yaxından tanış olublar.

İnstitutun fəaliyyəti haqqında məlumat verən direktor, akademik Vaqif Fərzəliyev rəhbərlik etdiyi tədqiqat müəssisəsində əldə olunan mühüm elmi nəticələri diqqətə çatdırıb. Akademik institutda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Elm Fondu”, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, beynəlxalq qrant layihələri, eləcə də dövlət proqramı çərçivəsində görülən işləri nəzərə çatdırıb. V.Fərzəliyev gənclərin elmə cəlb olunması istiqamətində AKİ-də keçirilən stimullaşdırıcı müsabiqələri də qeyd edərək onların əhəmiyyətini xüsusi vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.