Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.05.2018 08:26
  • A-
  • A
  • A+

“Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklərdən ideala” mövzusunda konfrans keçirilib

“Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklərdən ideala” mövzusunda konfrans keçirilib

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklərdən ideala” adlı konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qorunmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərindən söz açıb. O, görkəmli dövlət xadimi Heydər Əliyevin dünya miqyaslı siyasi lider olduğunu vurğulayıb.

Akademik İ.Həbibbəyli qeyd edib ki, Heydər Əliyev ədəbiyyatı, Azərbaycan ədəbi-ictimai fikrini xalqın böyük ideallarına doğru məharətlə istiqamətləndirib və inkişaf etdirib. Məhz ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində XX əsrin 70-80-ci illərindən Azərbaycan ədəbiyyatı milli mənəvi dəyərləri vəsf edib və xalqın tarixi ilə bağlı mövzulara və şəxsiyyətlərə doğru böyük dönüş baş verib. Bu isə nəticə etibarilə Azərbaycanda cəmiyyət həyatında ümummilli ideallar uğrunda mübarizənin böyük hərəkat səviyyəsinə qaldırılmasına gətirib çatdırıb.

Bildirilib ki, “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklərdən ideala” adlı kitabda ilk dəfə olaraq ədəbiyyatda Heydər Əliyev obrazı tədqiqata cəlb edilib.

Konfransda AMEA-nın müxbir üzvü Tehran Mustafayev “Folklorda və bədii nəsrdə Heydər Əliyev obrazı”, filologiya elmləri doktoru Əlizadə Əsgərli “Heydər Əliyevin obrazı ədəbi fikirdə”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova “Poeziyada Heydər Əliyevin ədəbi-filoloji portreti”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Uşaq ədəbiyyatında Heydər Əliyev obrazı” və filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənova “Heydər Əliyevin bədii portreti bədii-sənədli janrda” mövzularında məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: