Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-da görkəmli kimyaçı alim Murtuza Nağıyevin 110 illik yubileyi qeyd olunub
07.05.2018 11:45
  • A-
  • A
  • A+

AMEA-da görkəmli kimyaçı alim Murtuza Nağıyevin 110 illik yubileyi qeyd olunub

Bu gün AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycanın görkəmli kimyaçı alimi, Əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Nağıyevin anadan olmasının 110 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq konfransın Prezident İlham Əliyevin 2 noyabr 2017-ci il tarixli "Akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamı çərçivəsində baş tutduğunu bildirib. Qeyd edib ki, M.Nağı­yevin el­mi fəaliyyəti­nin əsas istiqamətini neft kimyası və tex­nologiyası, kimyəvi reaksiyaların kine­tikası və termodinamikası təşkil edib. Kimyaçı alim tə­rə­­findən əsası qoyulmuş superopti­mallıq prinsipi kimyəvi proses­lərin təd­qi­qinə kimyanın klassik ən­ənə­lərindən fərqli yeni yanaşma olub və kimyəvi reaktorların yüksək məh­sul­dar­lıqla işləməsinə, tullantıların azal­masına imkan yaradıb.

"Akademik Murtuza Nağıyev dünyada kimya və kimya texnologiyası istiqamətində yeni elmi istiqamət kimi qə­bul olunmuş resirkul­yasiya prosesləri nəzəriy­yə­si­nin yaradı­cısıdır" - deyən D.Tağıyev bildirib ki, bu nəzəriyyə kimya-texnologiya proseslərinin, eləcə də kim­­ya tex­no­lo­giyası kom­bi­nat­la­rının ən effektli yolla in­ten­sivləş­di­ril­məsinə im­kan yaradıb.

AMEA-nın vitse-prezidenti ana dilimizdə neft texnologiyasına dair ilk dərsliyin müəllifinin M.Nağıyev olduğunu vurğulayaraq, dərin zəkalı alimin Azərbaycan elminə bəxş etdiyi töhfələri xüsusilə qeyd edib. Bildirib ki, kimyaçı alim 1956-1957-ci illərdə Azər­baycan SSR EA-nın Fizika-Tex­nika Böl­mə­­sinin akademik-katibi, 1957-1959-cu illərdə AMEA-nın birinci vitse-prezidenti, 1959-1962-ci illərdə Kimya Elmləri Böl­mə­sinin aka­demik-katibi, 1962-1967-ci illərdə isə Azər­baycan EA-nın aka­demik-katibi olub. O, 1952-ci ildə AMEA-nın həqiqi üzvü seçilib.

M.Nağıyevin 300-dən artıq elmi əsər, 12 müəlliflik şəhadətnaməsi və 30 funda­­mental mo­no­qrafiyanın müəl­lifi olduğunu deyən D.Tağıyev görkəmli alimin Əmək­dar elm xa­dimi fəxri adına, Sosialist Əməyi Qəhrə­manı adına, o cümlədən “Lenin”, “Qır­mızı əmək bayrağı” ordenlərinə və bir sıra me­dallara layiq görüldüyünü diqqətə çatdırıb.

Çıxışının sonunda D.Tağıyev cari ilin sentyabrda görkəmli alimin yubileyi ilə əlaqədar beynəlxalq konfransın keçiriləcəyini, həmçinin gənclər arasında “Nağıyev qiraətləri” adlı müsabiqənin təşkil ediləcəyini və ən yaxşı elmi məruzənin müəllifinin “Murtuza Nağıyev" mükafatı ilə təltif olunacağını diqqətə çatdırıb.

Sonra görkəmli alimin tələbəsi, k.ü.e.d. Nemət Əlizadə, professor İxtiyar Bəxtiyarlı, k.ü.f.d. Vaqif Qasımov və digərləri çıxış edərək alimin zəngin elmi yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Sonda görkəmli alimin oğlu, AMEA-nın vitse-prezidenti, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: