Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan dilində ayamaların izahlı lüğəti” kitabı nəşr olunub
07.05.2018 13:08
  • A-
  • A
  • A+

“Azərbaycan dilində ayamaların izahlı lüğəti” kitabı nəşr olunub

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, professor Qara Məşədiyevin “Azərbaycan dilində ayamaların izahlı lüğəti” kitabı nəşr olunub.

Kitabda müasir ədəbi dilimizdə işlənməyən, dialekt və şivələrdə isə tamamilə başqa məna ifadə edən sözlər əksini tapıb. Lüğətdə hər bir ayama (ləqəb) haqqında qısa məlumat verilib.

Belə əsərlər xalqın etnik mənsubiyyətini araşdırmaq, onun dilinin təşəkkülündə iştirak edən türk tayfalarının rolunu öyrənmək baxımından faydalıdır. 

Lüğətdən dilçilər, etnoqraflar, dil və ədəbiyyat müəllimləri, ali məktəblərin filologiya fakültəsinin bakalavr və magistrləri faydalana bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: