Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şəki Regional Elmi Mərkəzinin elmi şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə olunub
07.05.2018 08:17
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin elmi şurasının iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Sonra müəssisənin elmi işlər üzrə direkror müavini, fiologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov AMEA-nın Ümumi yığıncağının 28 aprel 2017-ci il tarixli qəra­rı barədə məlumat verib. O, respublikamızda  mövcud elmi-texniki potensialın qorunub saxlanılması və inkişaf etdirilməsi, ölkənin müdafiə, enerji, ekoloji və ərzaq təhlükəsizliyinin təmin edilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, Azərbaycan dilinin qorunması və inkişaf  etdirilməsi, elmin inkişafı üçün vacib olan mühüm tədbirlər həyata keçirilməsi və bir çox başqa məsələlərin qərarda öz əksini tapdığını diqqətə çatdırıb.

Daha sonra ŞREM-in elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurahmanov AMEA Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli “Azərbaycan Milli Elmər Akademiyasının Beynəlxalq elmi layihələrdə iştirakı haqqında”, AMEA Rəyasət Heyətinin 14 mart 2018-ci il tarixli “III Beynəlxalq Elm Festivalının keçirilməsi haqqında” qərarlarının icra olunması haqqında danışıb.

İclasda gənc tədqiqatçılara qərarların icrası ilə bağlı təlimatlar verilib, onlar üçün yaradılan şəraitdən məqsədəuyğun istifadə etmək tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: