Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan "dəyirmi masa” keçirilib
04.05.2018 10:56
  • A-
  • A
  • A+

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan "dəyirmi masa” keçirilib

AMEA-nın Elm Tarixi İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilən "dəyirmi masa” keçirilib.

Tədbiri AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova açaraq ulu öndərin zəngin siyasi irsindən, həyata keçirdiyi islahatlardan və ölkəmizin müstəqilliyinin möhkəmlənməsi sahəsində gördüyü işlərdən danışıb. Qeyd edib ki, həyatını xalqına, Azərbaycanın inkişafına həsr edən dahi şəxsiyyət bütün dövrlərdə ölkəmizin tərəqqisinə böyük önəm verib, siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması istiqamətində misilsiz işlər görüb.

Sonra Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli “Ümummilli lider Heydər Əliyevin milli elitamızın formalaşmasında rolu” mövzusunda məruzə ilə çıxış edib. Alim çıxışında xalqımızın elitasının formalaşmasının uzun tarixi dövrü əhatə etdiyini bildirib, müasir inkişafın tələblərinə cavab verən, xalqımızın dünyada tanınmasına çalışan milli elitanın qurulmasında ümummilli liderin müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb. Bundan əlavə, M.Seyidbəyli ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi, təbliği və gənc nəslə ötürülməsi məqsədilə Elm Tarixi İnstitutunda kitabların çep edildiyini, mütəmadi olaraq dəyirmi masa və seminarların keçirildiyini qeyd edib.

Tədbirdə, həmçinin institutun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavidan Qasımlı, müəssisənin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Amal Həsənli və digərləri çıxış edərək ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, onun Azərbaycanda dövlət quruculuğu siyasətindən, ümumilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasi, iqtisadi islahatlarından və beynəlxalq arenada ölkəmizin nüfuzlu mövqe tutması istiqamətində həyata keçirdiyi layihələrdən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: