Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

MEK-də ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi qeyd olunub
04.05.2018 12:05
  • A-
  • A
  • A+

MEK-də ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi qeyd olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK), YAP Yasamal Rayon Təşkilatının və “Yeni Azərbaycan” qəzetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan tədbir keçirilib.

MEK-də baş tutan tədbirdə müəssisənin direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova çıxış edərək ümummilli lider Heydər Əliyevin zəngin həyat yolundan, ictimai-siyasi fəaliyyətindən və dövlət quruculuğu sahəsindəki xidmətlərinin əbədiləşdirilməsi istiqamətində kitabxanada görülən işlərdən danışıb.

“Heydər Əliyev: elektron baza və sənədlərin reyestri” çərçivəsində ulu öndərlə bağlı bütün sənədlərin elektron kataloqa salınaraq Milli Rəqəmsal Yaddaş Bazasına daxil edildiyini söyləyən L.İmanova, həmçinin Heydər Əliyevin kitabxana quruculuğu sahəsindəki xidmətlərini də diqqətə çatdırıb.

Sonra YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov çıxış edərək ulu öndərin dövlət və siyasət adamı kimi nüfuzunun dünyaya yayıldığını bildirib, Azərbaycan tarixində əvəzolunmaz yeri olduğunu söyləyib.

Daha sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili, professor Hikmət Babaoğlu ümummilli liderin böyük ideoloq olduğunu vurğulayıb, cəmiyyətin bütün sahələrində onun fikirlərinin, səsləndirdiyi ideyaların hər zaman yaşadığını və tətbiq edildiyini deyib. H.Babaoğlu bildirib ki, məhz onun irəli sürdüyü “Azərbaycançılıq” ideologiyası sayəsində ölkəmizdə müstəqillik anlayışı hər bir fərdin vazkeçilməz dəyərinə çevrilib.

Sonda ümummilli lider Heydər Əliyevə həsr edilən video təqdimat olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: