Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Türkmənistanın Azərbaycandakı səfiri Mərkəzi Elmi Kitabxanada olub
03.05.2018 09:46
  • A-
  • A
  • A+

Türkmənistanın Azərbaycandakı səfiri Mərkəzi Elmi Kitabxanada olub

Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Mekan İşanquliyev AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

MEK-in yardımçı fondlarını, oxu zallarını, Biblioqrafik sorğular bölməsini, Şərq ədəbiyyatı və Nadir kitab fondunu ziyarət edən səfir Akademiklər zalında yerləşən Diplomatik fondda, eləcə də kitabxananın digər informasiya təminatlı məkanlarında mühafizə olunan sənədlərlə tanış olub. Qonaq Diplomatik fondda Türkmənistana aid olan guşəni yeni kitablarla zənginləşdirəcəyini bildirib.

MEK-in yaranma tarixi, iş prinsipi ilə yaxından maraqlanan diplomat burada həyata keçirilən rəqəmsallaşdırma prosesinin  xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

Görüşdə kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova ölkələr arasındakı dostluq münasibətlərinin və mədəni əlaqələrin inkişafında kitab mübadiləsinin əhəmiyyətindən danışıb. O, qonağa Türkdilli Ölkələrin Akademik Kitabxanaları Assosasiyası, Mərkəzi Elmi Kitabxana tərəfindən icra olunan Vahid  Qeydiyyat Sistemi, Milli Rəqəmsal Yaddaş layihələri barədə məlumat verərək, Türkmənistanın aparıcı kitabxanaları ilə təcrübə mübadiləsinin və əməkdaşlığın zəruriliyini qeyd edib. 

Sonda Mekan İşanquliyevə  məhşur macar türkoloqu Georq Hazaiyə həsr olunmuş, MEK tərəfindən keçirilmiş konfransın materiallarından ibarət kitab təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: