Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.05.2018 08:16
  • A-
  • A
  • A+

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan "dəyirmi masa" keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan "dəyirmi masa" keçirilib

AMEA Qafqazşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan "dəyirmi masa" keçirilib. 

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı ulu öndər Heydər Əliyevin ömür yolundan, zəngin siyasi irsindən və müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində misilsiz xidmətlərindən danışıb. "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır" - deyə bildirən alim görkəmli dövlət xadiminin ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanın tərəqqisinə xüsusi diqqət yetirdiyini vurğulayıb: "Məhz Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olunması nəticəsində bu gün Azərbaycan yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrilib".

Daha sonra institutun Ermənişünaslıq şöbəsinin müdiri, t.ü.e.d. Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri, f.ü.f.d. Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d. Ramilə Dadaşova, Gürcüstanşünaslıq şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Elnur Kəlbizadə, Ermənişünaslıq şöbəsinin əməkdaşı Aydın Eyvazov və digərləri çıxış edərək müdrik rəhbərin ölkəmizə rəhbərlik etdiyi illəri Azərbaycanın tarixində qızıl hərflərlə yazılmış mühüm mərhələ kimi qiymətləndiriblər.

Qeyd olunub ki, ümummilli liderin Azərbaycan naminə gördüyü misilsiz işlər onu tarixdə və yaddaşlarda əbədiyaşar etmişdir. O, özünün ardıcıl və məqsədyönlü, yorulmaq bilmədən göstərdiyi dövlətçilik və siyasi fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu olmaqla bərabər, həm də XX əsrin dünya siyasətinə silinməz izlərini həkk edən tarixi şəxsiyyətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: