Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Zoologiya İnstitutunun əməkdaşları Gənc tədqiqatçıların II Beynəlxalq elmi konfransında iştirak ediblər
21.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Zoologiya İnstitutunun əməkdaşları Gənc tədqiqatçıların II Beynəlxalq elmi konfransında iştirak ediblər

AMEA Zoologiya İnstitutunun əməkdaşları Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların II Beynəlxalq elmi konfransında iştirak edib.

Konfransda institutun Protistologiya laboratoriyasının doktorantı, Gənc alim və mütəxəssislər şurasının katibi Türkan Qurbanova “Gəmiricilərdə bağırsaq koksidilərinin (APİCOMLEXA, COCCİDİA) müasir molekulyar metodlar vasitəsi ilə tədqiq edilməsinin üstünlükləri haqqında”, Hidrobiologiya laboratoriyasının elmi işçisi Könül Tağıyeva “Mingəçevir su anbarının makrozoobentosunun növ tərkibi və miqdarca inkişafı haqqında”, Cücülərin ekologiyası və fiziologiyası laboratoriyasının böyük laborantı Lalə Kazımova “Ultrabənövşəyi-b şüalarının və temperaturun lobya toxumlarının morfofizioloji göstəricilərinə təsiri” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirin keçirilməsində məqsəd dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq və gənclərin elmə olan marağını artırmaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: