Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Orfoqrafiya Komissiyasının İşçi qrupu öz işini yekunlaşdırıb
27.04.2018 14:29
  • A-
  • A
  • A+

Orfoqrafiya Komissiyasının İşçi qrupu öz işini yekunlaşdırıb

Aprelin 27-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının İşçi qrupunun iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, İşçi qrupunun sədri, akademik İsa Həbibbəyli yeni orfoqrafiya qaydalarında olan dəyişikliklər barədə məlumat verib. Bildirib ki, dəyişikliklər Azərbaycan dilinin öz qaydalarına əsaslanıb və bu il ali məktəblərin qəbul imtahanlarına şamil edilməyəcək.

İşçi qrupu öz işini yekunlaşdıraraq Orfoqrafiya Komissiyasına təqdim edib.

Qeyd edək ki, dörd ay müddətində komissiyanın nəzdində fəaliyyət göstərən İşçi qrupu mütəmadi iclaslar keçirərək, orfoqrafiya qaydalarını müzakirə edib. İşçi qrupunda tanınmış dilçi alimlər təmsil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: