Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Botanika İnstitutu və Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz arasında elmi əməkdaşlıq əlaqələri genişlənir
21.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Botanika İnstitutu və Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz arasında elmi əməkdaşlıq əlaqələri genişlənir

AMEA Botanika İnstitutu ilə Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz (İCBA) arasında elmi-tədqiqat işlərinin aparılmasına dair rəsmi razılaşma əldə olunub.

İslam İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən layihənin mövzusu “Aral-Xəzər dənizi hövzələrinin azməhsuldar torpaqlarında ərzaq təhlükəsizliyinin yüksəldilməsi”dir.

Layihənin icra olunmasında əsas məqsəd Azərbaycanda Kür-Araz ovalığının şoranlaşmış və azməhsuldar torpaqlarında duza davamlı, geniş istifadə aspektli məhsullar, ağac və halofitlərin qiymətləndirilməsi və davamlı istifadə vasitəsilə məhsuldarlığın və qida təhlükəsizliyinin yüksəldilməsidir. Layihənin nəticəsi arid ərazilərində ekosistemlərin stabil fəaliyyətinə və növün biomüxtəlifliyinin qorunmasına şərait yaradacaq.

Qeyd edək ki, layihə AMEA Botanika İnstitutu tərəfindən İCBA-nın kordinatorluğu ilə 2 il müddətində icra olunacaq. Layihənin icrası zamanı əldə olunan nəticələrin maraqlı tərəflərə (fermer təsərrüfatı ilə məşğul olan sahibkarlara, tədris müəssələrinə və s.) təqdimatı üçün müxtəlif treninqlər, seminar və görüşlərin təşkili nəzərdə tutulub.

Həmçinin tədqiqatların nəticələrinin müxtəlif elmi konfrans və seminarlarda təqdimi, elmi jurnallarda dərci nəzərdə tutulur. Botanika İnstitutunun gənc mütəxəssislərinin layihə üzrə tədqiqat işlərinə cəlb edilməsi və yeni metodların öyrənilməsi məqsədilə müxtəlif beynəlxalq treninq və seminarlarda iştirakı planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: