www.science.az
26.04.2018 10:38

“XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda tədbir keçiriləcək

3 may 2018-ci il tarixində saat 10:00-da Park İnn otelində “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunacaq.

Ünvan: Bakı şəh., Azadlıq prospekti 1

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.