www.science.az
21.04.2014 00:00

AMEA Fəlsəfə və Hüquq İnstitutu ilə İtaliyanın Genuya Universiteti arasında memorandum imzalanacaq

Aprelin 24-də AMEA Fəlsəfə və Hüquq İnstitutu ilə İtaliyanın Genuya Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanacaq.

Məqsəd beynəlxalq konfrans, simpozium və kollokviumlarda alim və tədqiqatçılar arasında fikir mübadiləsinin, birgə elmi araşdırmaların aparılması, Genuya Universitetində təhsil və təcrübə üçün doktorantların seminar və təlimlərdə iştirak və səfərlərinin təşkilidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.