Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
23.04.2018 16:40
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Türkiyədə beynəlxalq simpoziumda iştirak edib

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov 18-22 aprel 2018-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “MESMAP-4. Tibbi və ətirli bitkilər” mövzusunda Aralıqdənizyanı ölkələrin IV beynəlxalq simpoziumunda iştirak edib.

Beynəlxalq tədbirdə “Abşeronun təsərrüfat əhəmiyyətli ağac və kol bitkiləri” mövzusunda məruzə ilə çıxış edən T.Məmmədov Abşeron rayonunda olan qiymətli ağac və kol bitkilərinin bioekoloji xüsusiyyətləri, aqrotexnikası və xalq təsərrüfatında səmərəli istifadəsi barədə məlumat verib.

Azərbaycanlı alimin məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda növbəti “MESMAP-5” beynəlxalq simpoziumunun 2019-cu ildə AMEA-nın Dendrologiya İnstitutunda keçirilməsi haqqıında qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: