www.science.az
21.04.2014 00:00

AMEA Mikrobiologiya İnstitutunun gənc alimi qrant müsabiqəsinin qalib layihəsi çərçivəsində elmi-tədqiqatlara başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant dəstəyinə layiq görülmüş “Çəyirdəkli meyvə ağaclarından fitopatogen mikroorqanizmlərin ayrılması və mikrob lipidlərinin bioloji nəzarət agenti kimi yoxlanması” adlı layihə həyata keçirilməyə başlanıb.

Layihə rəhbəri, AMEA Mikrobiologiya İnstitutunun gənc alimi, biologiya üzrə fəlsəfə doktoru Könül Baxşəliyevanın elmi təcrübə məqsədilə Lənkaran-Astara, Gəncə-Qazax, o cümlədən Quba-Xaçmaz rayonlarına bir aylıq ezamiyyəti nəzərdə tutulur. Layihənin icra müddəti 12 aydır.

Bu müddət ərzində müasir tələblərə cavab verən elmi-tədqiqatların təşkili planlaşdırılır. Layihə çərçivəsində əldə olunan elmi nəticələr sənayə əhəmiyyətli meyvələrin mikrob patogenlərindən qorunması üçün zəmin yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.