Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr” kitabı işıq üzü görüb
23.04.2018 08:12
  • A-
  • A
  • A+

“Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr” kitabı işıq üzü görüb

AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun baş redaktorluğu ilə “Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr” adlı kitab çapdan çıxıb.

Kitabın müəllifi coğrafiya elmləri doktoru, professor Rza Mahmudov, rəyçiləri - coğrafiya elmləri doktoru, professor Fərda İmanov və texniki elmlər doktoru, professor Nazim Hüseynovdur.

Əsərdə  müasir dünyanın ən təbii qlobal problemi olan iqlim dəyişmələri və baş verən təhlükəli hidrometeoroloji ha­disələr təhlil edilib. İqlim dəyişmələri faktlar, sə­bəblər, ehtimal olunan variantlar əsasında araşdırılıb, real faktlara əsaslanaraq Azərbaycanda regional iqlim dəyişmələri qiymətləndirilib, təhlükəli hidrometeoroloji ha­disələrin sistematik analizi verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: