Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AXC-nin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyasına dair yeni nəşr
20.04.2018 15:42
  • A-
  • A
  • A+

AXC-nin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyasına dair yeni nəşr

AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Həsənbala Sadıqovun “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası ” adlı kitabı nəşr edilib.

Monoqrafiyada AXC-nin Gəncə şəhərində fəaliyyət göstərdiyi 3 ay müddətində qəbul etdiyi 200-dən artıq hüquqi sənəd sistemləşdirilərək xronoloji ardıcıllıqla oxuculara təqdim olunur. Nəşrdə çoxsaylı arxiv sənədlərinə, yerli və xarici mənbələrə istinad edilib.

Kitab tarixçi və tədqiqatçılar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: