www.science.az
05.11.2013 00:00

AMEA Neft-Kimya Prosesləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirildi

AMEA Neft-Kimya Prosesləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının ilk təsis yığıncağı keçirildi.

Tədbirdə institutun direktoru, direktor müavinləri, elmi şuranın üzvləri, şöbə müdirləri və institutun gənc əməkdaşları iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru, kimya elmləri doktoru, professor Vaqif Abbasov rəhbərlik etdiyi müəssisənin elmi fəaliyyəti haqqında ətraflı məlumat verdi.

İnstitutda gənc kadrlara xüsusi önəm verildiyini söyləyən V.Abbasov institut əməkdaşlarının orta yaş həddinin 45 olduğunu qeyd etdi. O bildirdi ki, son 10 ay ərzində 70-dən çox gənc alim və mütəxəssis işə qəbul olunub. Alimin sözlərinə görə, institut tərəfindən 6 nəfər dövlət vəsaiti hesabına bir illik praktikaya göndərilmişdir.

Sonra bu şuraya namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildi.

Tərkibi 25 nəfərdən ibarət olmaqla Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərminə Abdullayeva seçilib.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasına üzv olmaq üçün institutdan 3 namizəd irəli sürüldü.

Sonda institutun direktoru Gənc Alim və Mütəxəssislər Şuranın yaradılması münasibətilə iştirakçıları təbrik etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rasim.az saytına istinad zəruridir.