Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“Benjamin Franklin" medalının builki laureatlarının adları açıqlanıb
19.04.2018 17:36
  • A-
  • A
  • A+

“Benjamin Franklin" medalının builki laureatlarının adları açıqlanıb

1824-cü ildə Franklin İnstitutu tərəfindən təsis olunan nüfuzlu və sanballı “Benjamin Franklin" medalı elm və texnologiya sahəsi üzrə təqdim olunur.

ABŞ-ın elm  və texnologiya sahəsində ilk mükafatı olan “Benjamin Franklin" medalı indiyə kimi 2000-dən çox alim, ixtiraçı və sahibkara müxtəlif kateqoriyalar üzrə verilib. Mükafatın laureatları sırasında Mariya Küri, Tomas Edison, Nikola Tesla, Eduard Lorens, Bil Qeyts və Albert Eynşteyn kimi dünya şöhrətli alimlər var. Franklin medalının lauretlarından 117-si Nobel mükafatına layiq görülüb.

Bu il “Benjamin Franklin" medalına elm sahəsindəki nailiyyətlərinə görə Filip Horvat, biznes idarəçiliyi üzrə Enn Malkahi, kimya üzrə Con Qudenof, kompüter və  koqnitiv elmlər  üzrə Vinton Qrey Serf və Robert Xan, Yer və təbiət elmləri üzrə Susan Trumbor, elektrik mühəndisliyi üzrə Maniye Razegi, mexanika mühəndisliyi üzrə Edrian Bejan, fizika üzrə isə Helen Roda Kuin layiq görülüb.

www.fi.edu

  • Paylaş: