www.science.az
21.04.2014 00:00

Fizika, riyaziyyat və informatika təmayüllü liseydə olimpiada keçirilib

AMEA Fizika İnstitutunun və bu elmi müəssisənin Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə fizika, riyaziyyat və informatika təmayüllü liseydə olimpiada keçirilib. Olimpiada Yasamal rayonu üzrə bütün ümumtəhsil məktəblərinin X sinif şagirdləri arasında təşkil olunub.

Məktəblilərdə elmə maraq yaratmaq məqsədilə təşkil olunmuş olimpiada sualları elmi müəssisənin pedaqoji təcrübəsi olan alimlər tərəfindən hazırlanıb. Bu cür olimpiadalar ənənəvi olaraq hər il AR Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Bu il isə ilk dəfə olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə akademiyanın institutları tərəfindən təşkil olunur.

Olimpiadanın qalibləri I,II və III dərəcəli diplom və qiymətli mükafatlarla təltif olunacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.