Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.04.2018 14:33
  • A-
  • A
  • A+

Çinli alimlər Ədəbiyyat İnstitutunda olublar

Çinli alimlər Ədəbiyyat İnstitutunda olublar

Çinin Pekin Xarici Dillər Universitetinin rektoru, professor Peng Lonqun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub. Məqsəd iki ölkə arasında elmi və ədəbi əlaqələrin inkişafına töhfə verməkdir.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli qonaqlara rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, əldə etdiyi nailiyyətlər və aparılan tədqiqat işləri barədə məlumat verib. Azərbaycan-Çin ədəbi əlaqələrinin inkişaf tarixindən danışan İ.Həbibbəyli bildirib ki, rəhbərlik etdiyi müəssisədə Çin dili kursu təşkil edilib, həmçinin institutda Çin ədəbiyyatına dair dissertasiya işi hazırlanır.

P.Lonq isə rəsmi Pekinin "Bir kəmər, bir yol" təşəbbüsünün Çində humanitar sahənin inkişafına təkan verdiyini və bunun nəticəsində qədim İpək yolu üzərində yerləşən Azərbaycanın dilinə, mədəniyyətinə bu ölkədə marağın artdığını söyləyib.

Daha sonra nümayəndə heyəti institutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: