Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.04.2018 10:29
  • A-
  • A
  • A+

Azərbaycan ərazisində seysmotomoqrafiya işləri üçün daha 14 stansiya quraşdırılacaq

Azərbaycan ərazisində seysmotomoqrafiya işləri üçün  daha 14 stansiya quraşdırılacaq

Azərbaycan və ABŞ seysmoloqlarının “Qafqaz kəsilişi” adlı birgə layihəsi çərçivəsində işlər davam etdirilir. Əsas məqsəd Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin həyata keçirilməsidir.

Layihə çərçivəsində Hacıqabul, Neftçala, Göyçay və Qusar rayonlarında əvvəlcədən yerləşdirilmiş 4 stansiyada texniki yenilənmə işləri aparılıb, həmin stansiyaların məlumatları emal üçün toplanılıb. Bundan başqa, cari ilin avqust ayında İsmayıllı, Quba, və Qusar rayonlarında keçən profil üzrə yerləşdiriləcək daha 14 stansiyanın yerləri müəyyənləşdirilib.

Aparılan seysmotomoqrafiya işlərində amerikalı seysmoloqlar - Missuri Universitetinin professoru Erik Sandvol, Miçiqan Dövlət Universitetinin Geoloji elmlər şöbəsinin Seysmoloji laboratoriyasının baş mühəndisi Daniel Burk, Missuri Universitetinin elmi işçisi Utku Koçum, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Episentral şöbəsinin müdiri Hidayət Tahirov və həmin mərkəzin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: