www.science.az
16.04.2014 00:00

Azərbaycanın və Türkmənistanın Əlyazmalar institutları arasında əməkdaşlığa dair memorandumun imzalanması nəzərdə tutulur

Türkmənistan Respublikasının Azərbaycandakı səfiri Toyli Komekov AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Teymur Kərimli ilə görüşən səfir onu böyük türkmən şairi Məxtumqulunun may ayında Aşqabadda keçiriləcək yubiley tədbirinə dəvət edib.

Türkmənistanlı səfir Əlyazmalar İnstitutunun fəaliyyət istiqamətləri, sərgi zalı ilə tanış olub, iki ölkənin Əlyazmalar institutları arasında əlaqələrin genişləndirilməsinin zəruriliyindən danışılıb.

Tərəflər may ayında Məxtumqulunun yubileyi münasibətilə elmi konfransın keçirilməsi, iki ölkənin Əlyazmalar institutları arasında əməkdaşlıq barədə memorandumun imzalanması barədə razılığa gəliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.